Cıdır Düzü və Qarabağ təbiəti
Şuşa Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu şəhərin adını bildirən «Şuşa» sözü bu diyarın saf, qeyri-adi dərəcədə şəffaf dağ havasının rəmzi olan «şüşə» sözündəndir. Təbiət Şuşaya unikal bulaqlar və mineral sular bəxş etmişdir. Turşsu, İsabulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulaq və başqa bulaq adları bunu sübut edir.
Şuşa Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu şəhərin adını bildirən «Şuşa» sözü bu diyarın saf, qeyri-adi dərəcədə şəffaf dağ havasının rəmzi olan «şüşə» sözündəndir. Təbiət Şuşaya unikal bulaqlar və mineral sular bəxş etmişdir. Turşsu, İsabulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulaq və başqa bulaq adları bunu sübut edir. Şuşa şəhəri iki tərəfdən güclü qala divarı ilə əhatə olunmuşdur. Şəhərin yaranması Qarabağ xanlığının yaranması və onun qüdrətinin artması ilə bağlıdır. Xanlığın hökmdarı Pənahəli xan yadelli işğalçılardan müdafiə məqsədilə bir neçə qala, o cümlədən, Bayat və Şahbulaq qalalarını tikdirmiş, Əsgəran qalasını möhkəmlətmişdir. Lakin bunlar kifayət deyildi. Xan öz əyanları ilə birlikdə bir neçə il Bayat və Şahbulaq qalalarında qaldıqdan sonra 1756-1757-ci illərdə təzə bir qala tikdirdi. Bu qala əvvəlcə Pənahəli xanın şərəfinə Pənahabad, bir neçə ildən sonra isə yaxınlıqdakı kəndin adı ilə Şuşa qalası adlandırıldı. Xalq arasında bu qəsr sadəcə olaraq «Qala» adı ilə məşhurdur. Şuşa şəhər-qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur.XVIII əsrin ikinci yarısından başlayaraq, şəhərin əhalisi sürətlə çoxalır və Şuşa Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilir. Hələ Pənahəli xanın dövründə şəhərdə samballı tikinti işləri aparılırdı. Günbəgün abadlaşan Şuşa get-gedə gözəlləşirdi. XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə güclü qala divarları çəkildi. Bu dövrdə şəhərdə çoxsaylı sənətkarlar məhəllələri yaranır. Ticarət daha sürətlə inkişaf edir. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, Moskva və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Şəhərdə «Pənabadi» (və ya «Pənahabadi») adlı gümüş sikkələr zərb edilirdi. Şuşanın gözəl mənzərəsi və uca dağlar qoynunda yerləşməsi səyyahları heyran edir, onları vəcdə gətirirdi. Məşhur rəssam V.Vreşşagin Şuşanı görəndən sonra yazmışdı: «Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir».Şuşanın əsas küçəsi olan Rastabazarda çoxlu ticarət köşkləri və sənətkar emalatxanaları var.Bu küçənin arxitekturası daş sütunlarla əhatə olunmuş örtülü qalereyalardan ibarətdir.Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanları ilə tamamlanır. Şəhərin Meydan deyilən əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarətdir. Şuşada olan hər kəs «Cıdır düzü» deyilən yerdə, baxanda adamın başı gicəllənən Daşaltı uçurumunun kənarında və Daşaltı çayına gedən yoldakı məşhur «qırx pilləkən»də olmağı vacib hesab edir. «Xəzinə Qalası» deyilən mağara da «qırx pilləkən»in yaxınlığındadır. IX əsrə aid yazılı mənbələrdə onun adı çəkilir. Verende adı həmin ərazidə yaşamış türkdilli qəbilənin adından götürülmüşdür. XVIII əsrin axırları – XIX əsrin əvvəllərində Mehdiqulu xan (pənahəli xanın oğlu) burada Xankəndi adlı məskən salmışdır. Mehdiqulu xan sonralar bu kəndi öz arvadı Pəricahan Bəyimə bağışlamışdır. Mehdiqulu xanın sarayından əsər – əlamət qalmamışdır. Lakin ona məxsus olmuş Xan bağı və Xan bulağı hələ də qalır. 1923-cü ildə Xankəndinin adını dəyişdirib Stepanakert adlandırdılar. Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra şəhərin əvvəlki adı ona qaytarıldı. Cıdır düzü yerli əhalinin və qonaqların sevimli istirahət yerləri olub.Kurort və müalicəvi sanatoriya zonası kimi məşhur olan Turşsu Şuşanın 40 kilometrliyində Laçın yolunda yerləşir. Soldan Daşaltı çayı axır. Turşsu müalicəvi və profilaktik vannaları ilə məşhurdur. Gəzinti və istirahət yerlərindən biri də Yuxarı Daşaltı idi. Xalq arasında bu istirahət yerinə Şəmilin bağı da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, o, Daşaltı çayının üstündə, Ağzıyastı kahanın yerləşdiyi Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir. Ağzıyastı kaha isə Cıdır düzünün yaxınlığında səfalı bir yerdə, sıldırım qayalar arasında yerləşən mağaradır. Şuşaya gələn turistlərin digər sevimli məkanı bənzərsiz və unikal təbiəti olan Cıdır düzü idi. Cıdır düzünün qərb hissəsində yan-yana düzülmüş və sanki torpağa sancılmış üç mıxı xatırladan 3 təpədən ibarət Üçmıx dağı yerləşir. Sanatoriya və istirahət evlərində dincələn turistlər həmişə bu yerlərə seyrə çıxar və təbiətin Şuşaya bəxş etdiyi bu gözəlliyə valeh olardılar. Hər ilin may ayında Cıdır düzündə Xarıbülbül festivalı keçirilərdi. Qarabağ Azərbaycanın ən qədim və səfalı guşələrindən biridir. Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. Başqa türk dillərində olduğu kimi Azərbaycan dilində də “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan “Qarabağ” – “böyük bağ”, “sıx bağ”, “qalın bağ” mənasını kəsb edir. Qarabağın özü kimi,“Qarabağ” sözü də Azərbaycana xalqına məxsusdur. Qarabağ dünyanın ən qədim insan məskənlərindən biridir. Qarabağın Füzuli şəhəri yaxınlığında yerləşən Azıx mağarasından alimlər qədim insanların necə yaşadıqlarını göstərən maraqlı tapıntılar aşkar etmişlər. Burada tapılmış ən qiymətli nümunə qədim insanın alt çənə sümüyüdür. Həmin insan yaşadığı mağaranın adına uyğun olaraq “Azıx adamı” adlandırılmışdır. Bu tapıntıya görə Azərbaycan “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir. Şuşa Vətənimizin dilbər guşəsi olan Qarabağın dağlıq hissəsində sıx meşələrin, büllur kimi saf bulaqların əhatəsində yerləşir. Şuşa şəhərinin bu cür adlanması həmin yerlərin uca, şiş dağların zirvəsində yerləşməsi ilə bağlıdır. Şuşa son dərəcə təmiz havası, gözəlliyi, İsa bulağı, Turşsu, Səkinə bulağı, Soyuq bulaq, Yüz bulaq, Qırx bulaq, Çarıq bulaq və başqa nadir bulaqları ilə də məşhurdur. Burada şairə Xurşidbanu Natəvanın, general Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bül-bülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın mülkləri, “Gəncə darvazaları”, Qala divarı və başqa tarixi və mədəni abidələr vardır
HRC MEDYA
HRC YAYINEVİ




0 Yorum