Telefon
WhatsApp
Muğam

Mirzə Ələkbər Sabir “Delxuda Lüğğəti” kitabında qeyid edir ki, “Muğam sənəti miladdan əvvəl X-IX əsirlərdə muğlar tərəfindən ifa olunub.Kökü Şummer mədəniyyətinə gedib çıxır” Əbdülqədir Marağayı,Sufəddin Əbdülmömünə və Uveyis Paşanın dediklərinə görə daaha çox muğam yeddi peyğəmbərin şərəfinə 8 muğam olmuşdur.RAST muğammı Adəm peyğəmbərdən qalmışdır.O,İlk insanın cənnəti və xamusluğunu itirdiyi ücün ağlamasını ifadə edir. ÜŞŞAQ muğamı insanlığın ikinci atası Nuhdan qalmışdır.NƏVA muğamın yaranmasına səbəb Davud peyğəmbər olmuşdur.HİCAZ muğamı isə Süleyman peyğəmbərdən qalmışdır.ƏRAQ muğamı ədalətli Yəhya peyğəmbərdən qalmışdır.HÜSEYNİ muğamı Yaqub peyğəmbərdən qalmışdır.BUZİLİK muğamı Baba Ömərdən qalmışdır.RƏHAĞİ muğamına gəldikdə isə Məhəmməd peyğəmbərə QURAN nazil olduğu zamanlarda yaranmışdır.Məhəmməd peyğəmbər quran ayələrini RƏHAĞİ muğamı tonunda oxumuşdur. Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas muğamı və 6 bürc isə 6 avazatı təmsil edirdi.12 əsas muğamÜşşaq,Nəva,Busəlik,Rast,Əraq,İsfahan,Zirfəkənd,Büzürk,Zəngulə,Rəvahi,Hüseyni,Hicaz:6 avazt isə Şahnaz,Mayə,Səlmək,Novruz,Gərdaniyyə,Güvşatdan ibarət idi.Qədim musiqiçilərə görə RAST muğamaların anası hesab olunur. XIX əsrin 60-cı illərində Qafaqzın sevimli xanəndəsi Ağa Səttar Tiflisdə verdiyi muğamat konserti ilə böyük şöhrət qazanmışdır.Tiflisdə verilən muğamat gecələrində Səttarı müşaid edirdi tarzən Ağamal ağa Məlikağamalov,kamançada Kevork şıxış edirdi. 1907-ci ildə Azərbaycanda “Şərq gecəsi” adlı Bakıda ilk dəfə şəhər yoxsulların şərəfinə konsert təşkil olundu.1908-ci il yanvarın 12 də Üzeyir Hacıbəyovun “Leyli Məcnun Operasının əsası qoyulmuşdur.Operanın musiqisi əsasən muğam və təsniflər üzərində qurulmuşdur. 1922-cildə Bakıda açılmış ilk avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına daxil edilmişdir. Azərbaycan musiqi tarixində ilk duet Şövkət Ələkbərova ilə Xan Şunisknin ifasında lentə alınan “YAYLIQ”mahnısıdır.1925-ci ildə Ü.Hacıbəyovun rəhbərliyiilə “Muğam şurası” tərəfindən qəbu edilmiş proqramda “Şüştər” səkkiz şöbə və guşəni əhatə edir. SSRİ-nin yürütdüyü “DƏMİR PƏRDƏ” siyasəti uzun müddət Azərbaycan musiqisi ücün beynəlxalq musiqi məkanına çıxışı ücün bağlanmışdı.Azərbaycan muğamının mövqeyinin itirilməsi ilə yanaşı,Azərbaycanın öz daxilində belə tədricəm muğam sənətinin ictimai statsusunu laxlatdı.1950-ci ildən isə muğam ifaçılığında yeni tərz inkişaf etməyə başladı. Muğam kllasiklikdən müasirliyə addımlamağa başlayır.Muğam ifas ilə yanaşı muğam elimi də müasirləşdi və əsrin əvvəlindəki formadan uzaqlaşdı.Ən böyük dəstgah 10-12 şöbə guşədən ibarət olur.Orta və ali təhsilli musiqi məktəblərində tar və kamancaya ilk növbədə not,sonar isə muğamı öyrədirlər. 1970-ci illərin əvvəllərində SSRİ-də UNESCO-nun himayəsi altında keçirilən ənənəvi musiqinin beynəlxalq festivalları Qərb ücün Sovet şərqinin ənənəvi musiqisini,həmçinin orjinal musiqi mədəniyyət kimi Azərbaycan muğam sənətinin dirçəlişində rol oynadı.1971-ci ildə UNESCO 50 albomdan ibarət “Dünya ənənəvi musiqi anatologiyası” kolleksiyasına “Şərqin musiqi anatologiyası” seriyasında çıxan Azərbaycan Musiqi” plastinkasını daxil edib.1972-ci ildə Nazim Əliverdibəyov Mirzə Şəfi Vazehin şeirləri əsasında “Muğam” baletini yaratmışdır.1975-ci ildə ABŞ-ın NASA-ya aid Voyager 1peyki nəticəsində Azərbaycan muğamı kosmosa göndərilib. 1982-ci ildə Arif Babayev ilk muğam müəllimi kimi Bülbül adına orta ixtisas musiqi məktəbində,1984 cü-ildə Azərbaycan Dövlət Konservetoriyasında çalışmışdır.1985-cildə Ağdamın Xan Şuşuniski adına muğam məktəbi fəaliyyətə başlayıb.Rafiq Rüstəmlinin 1987-ci ildə məktəbin nəzdində təşkil etdiyi “Qarabağ Bülbülləri” ansanbılı dövlət tədbirlərində, hərbi hissələrdə və telviziyada konsertler vermişdilər.1990 –cı ildə ilk dəfə Arif Babayev tarixdə ilk dəfə muğam professoru adı alıb. 2000 –cı illərdə muğamın daha da genişlənməsi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adı ilə bağlıdır.2003-cü il 7 noyabr tarixində Azərbayacan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri maddi irsinin şah əsəri elan olunmuşdur.2005-ci ildən bəri həril keçirilən muğam musiqiləri buna bariz nümunədir.2008-ci ildə azərbaycan Muğamları UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilmişdir 2009-cu il dekabrın 27 Bakıda, Dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzinin açlışı olmuşdur.Həmin ilin 18-25 mart tarixində Heydər Əliyev Sarayında, Dünya Muğam Festivalı Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilmişdir. 2010-cu ildən 2014-cü ilə qədər Azərbaycanın radio məkanında “Muğam” radiosu fəaliyyətə başladı.Həmin il Alim Qasımovun səs sessiyası Devid Vendettanın “Vendetta” albomunda sırada 4-cü olan “I am your Goddess”mahnısına daxil edilmişdir. 2012-ci ildə 16 aprel tarixində Avroviziyanın Azərbaycandakı rəsmi fan kulubu Azərbaycanda ilk dəfə muğam fleşmobu keçirib. İstifadə olunan ədəbiyyat: 1.Muğam Enisklopediyası 2. “Azərbaycan Muğamının tarixi köklərinə yeni nəzəri baxış” 3.Rafiq İmran “Muğam Şummer dövründən başlayır

0 Yorum

Henüz Yorum Yapılmamıştır.! İlk Yorum Yapan Siz Olun

Yorum Gönder

Lütfen tüm alanları doldurunuz!

Puan Durumu

Takım OM G M P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21

Reklam

Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150

E-Bülten Aboneliği